Zaman ilə hesablaşmaq gərək.

Cf. New times, new songs. / Time learns what to do. У каждого времени свои песни. / Время всему научит. / Время научит, что делать.
Zaman bir nəhrdir, axar, durmaz.
Zaman pul deyil, onu qaytarmaq olmaz.
OBASTAN VİKİ
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Məhəmməd Zaman
Məhəmməd Zaman və ya Məhəmməd Paolo Zaman Kermani (d. 1680-ci ildən əvvəl – ö. 1700-cü ildən sonra) — Səfəvi imperiyasında fəaliyyət göstərən məşhur rəssam və xəttat. Səfəvi imperiyası miniatür sənətində XVII əsrin ortalarında yaranmağa başlayan Farangi-Sazi üslubunun ən görkəmli nümayəndələrindən biri hesab edilir. Təxminən 1680-ci ildə dünyaya gəlmiş, fəaliyyəti nəticəsində məşhur Səfəvi xəttatlarından və rəssamlarından birinə çevrilmişdir. Əslən Kermandan olsa da, Təbrizdə təhsil almışdır. II Şah Abbasın hakimiyyəti dövründə şah tərəfindən rəssamlıq sənəti alması üçün Romaya göndərilmişdir, lakin buradakı təhsili zamanı Katolik olmuş və Paolo adını qəbul etmişdir. Din dəyişdirdiyinə görə, Səfəvi imperiyasına geri döndükdən sonra problem yaşamışdır. Xristianlığı qəbul etməsinin aşkarlanmasından sonra Böyük Moğol imperiyasına qaçmış, moğol sülaləsi tərəfindən qəbul edilərək saraya yerləşdirilmişdir. O, rəssam və xəttat kimi italyan rəssamların texnikasından təsirlənmişdir.
Zaman (ad)
Zaman — Azərbaycanda kişi adı. Zaman Abdulla — Azərbaycanlı şair. Zaman Əsgərli — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist.
Zaman (dəqiqləşdirmə)
Zaman — ölçülə bilən fiziki kəmiyyət. Həmçinin aşağıdakı mənalara da gələ bilər; Zaman — hadisələrin müəyyən ardıcıl gedişinin dərki; Zaman — Türkiyədə nəşr olunan gündəlik qəzet Zaman — qrammatikada hadisələrin gedişini təsvir edən forma.
Zaman (fizika)
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Zaman (fəlsəfə)
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman Abdulla
Zaman Abdulla (tam adı:Abdullayev Zaman Məsimalı oğlu), (d.1938, Çaxırlı, Göyçə — ö. 09.08.2004, Bakı) – şair. Abdullayev Zaman Məsimalı oğlu 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı (Qızılbulaq) kəndində anadan olub. Anası Zərnişan mahalın Daşkənd kəndində yaşayan Şahnazarlı nəslindən olan Çıraqəlinin qızıdır. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda atası Məsimalı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. Anası Zərnişan balaca 3 yaşlı Zamanı da götürərək ata evinə yəni Çıraqəli kişinin himayəsinə getmişdir. 1944–1954-cü illərdə Daşkənd kənd orta məktəbində oxumuşdur. Sonralar Zaman Abdullayev Qazaxıstanda, daha sonra isə Stavropolda yaşamışdır. O, sonda yenə doğma Göyçə mahalına qayıtmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür.
Zaman Məmmədov
Zaman Novruz
Zaman Novruz(ing. Zaman Nəzərəli oğlu Novruzov; d.7 noyabr 1932, Kürdəmir, Axtaçı k. - ö.14 avqust, 2005, Bakı) — nasir, publisist, Azərbaycan Xalq Yaradıcılığı Akademiyasının biologiya doktoru (1993), 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1932-ci il noyabrın 7-də Azərbaycanda Kürdəmir rayonunun Axtaçı kəndində anadan olub. 1958-ci ildə Sabirabad şəhər orta məkətbini bitirib. 1958-63-cü illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitunun sənaye iqtisadiyyatı fakültəsində, 1963-69-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil alıb. 1954-59-cu ildə Əmək fəaliyyətinə Azərbaycan Xalq Təsərrüfatı Şurasında mühəndis-texnoloq kimi başayıb. 1959-89-cu ildə Azərbaycan Daxili İşlər Nazirliyində baş exspert, baş müstəndiq, idarə rəisi işləmişdi. 1988-ci ildən Azərbaycan Ovçular Cəmiyyyəti birliyinə sədr seçilən Z.Novruz 1991-1993-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində professor əvəzi fəaliyyət göstərmişdir. 2005-ci il avqustun 14-də Bakı şəhərində dünyasını dəyişmişdi.
Zaman Qarayev
Zaman Qarayev (1931, Böyük Dəhnə, Nuxa rayonu – 27 mart 2014, Bakı) — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim. 1961-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi (1976). Zaman Sadıq oğlu Qarayev 1931-ci ilin yanvar ayında Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya gəlib. 1937–1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində orta təhsil alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1952-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan dili, məntiq və psixologiya müəllimi ixtisasına yiyələnmişdir. Təyinatla Goranboy rayonuna göndərilmiş, Goranboy kəndində yaşlılar orta məktəbinə direktor və ədəbiyyat müəllimi təyin edilmişdir. 1954-cü ildə doğma Şəki rayonuna qayıdan Zaman Qarayev əvvəlcə 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, 1955–1961-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Ədəbi mühitə daha yaxın olmaq, geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün Zaman Qarayev 1961-ci ilin yanvar ayında Bakıya köçmüş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləməyə başlamışdır. 1961-ci il 4 yanvar tarixində SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.
Zaman Universiteti
Zaman Universiteti — Kambocanın Pnompen şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 2010-cu ildə qoyulmuşdur.
Zaman fəlsəfəsi
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman kapsulu
Zaman kapsulu — içərisində hazırlandığı zamana aid əşyalar qoyulan və əsas məqsədi gələcəkdə kapsulu tapan insanlar ilə ünsiyyət üsulu olan və arxeoloqlara, tarixçilərə və antropoloqlara kömək edən kapsuladır.
Zaman kəməndi
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Zaman sıraları
Zaman sıraları — müəyyən göstərici sırası olub, ardıcıl nöqtələrin bircinsli zaman intervallarında təyin edilməsi ilə ölçülür. Bu zaman intervalları günlük, aylıq və illik kimi təyin edilə bilər. Zaman sıraları statistika, ekonometrika, riyazi maliyyə, hava proqnozu, zəlzələ proqnozu, astronomiya, iqtisadiyyat, mühəndislik və sair müxtəlif elm sahələrində geniş istifadə olunur. Zaman sıraları təhlilləri göstəricilərin əhəmiyyətli statistik və digər xüsusiyyətlərini üzə çıxarmaq məqsədi ilə zaman sıralarının təhlilinə imkan verən müxtəlif üsulları ehtiva edir. Zaman sıralarının proqnozlaşdırılması göstəricinin keçmiş müşahidə edilən qiymətlərinə əsaslanaraq gələcək qiymətlərinin təxmin edilməsi üçün nəzərdə tutulan modeldir. Reqressiya təhlilləri isə adətən bir vəya bir neçə asılı olmayan zaman sıralarının indiki dəyərinin digər zaman sıralarının indiki dəyərinə təsirini müəyyən etmək üçün istifadə edilir, bu kimi təhlillər "zaman sıraları təhlilləri" adlanmır, çünki "zaman sıraları təhlilləri" zaman sıralarının müxtəlif zamanlarda dəyərlərini müqayisə edir. Zaman sıraları təhlillərində müxtəlif işarəmələrdən istifadə olunur. X {\displaystyle X} göstəricisinin zaman sırası ümumi olaraq təbii ədədlə indekslənmiş şəkildə ifadə olunur X = { X 1 , X 2 , . . .
Zaman səyahəti
Zaman səyahəti — zaman daxilində müəyyən nöqtələr arasında soxulcan dəliyi kimi vasitələrlə hərəkət etmək düşüncəsi. Zaman səyahəti haqda fəlsəfə və fantastika sahələrində daha çox danışılır. Bəzi nəzəriyyələr xüsusilə, "xüsusi və ümumi nisbilik" nəzəriyyələri müvafiq məkan və zaman həndəsələri vasitəsilə zamanda keçmişə və yaxud gələcəyə getməyin mümkün olduğunu irəli sürür. Fiziklər texniki məqalələrdə əsasən zamanda "hərəkət etmək" və ya "səyahət etmək" ifadələrindən istifadə etmirlər. Nisbilik nəzəriyyələrinə əsasən, əgər bir insan Yerdən uzaqlaşıb nisbi sürətdə geri qayıdarsa, həmin insan üçün Yerdə daha çox vaxt keçmiş olar. Buna əsasən də "gələcəyə səyahət"in mümkün olduğu düşünülür. "Baba padoksu"nda isə bu deyilir: Stiven Hokinq gələcəkdə turistlərin olmamasının zamanda səyahətin varlığına qarşı bir ziddiyət olduğunu irəli sürmüşdür. Bu paradoks "Fermi paradoksu"nun başqa növ formasıdır. Amma bu paradoks zaman səyahətinin fiziki cəhətdən mümkün olduğunu sübut etmir. Çünki zaman səyahəti fiziki cəhətdən mümkün ola bilər, amma indiyə kimi istifadə edilə biləcək formada olmayıb.
Zaman Əsgərli
Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970–1974). Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976–1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır (1979–2018-ci illərdə). Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur. Professor Zaman Əsgərli 2018-ci il avqustun 22-də infarktdan vəfat etmiş və doğulduğu Salyan rayonunda dəfn olunmuşdur.
İndiki zaman
İndiki zaman — cari anda baş verən hadisələrdən, yəni məkan-zamanın müəyyən bir sahəsindən ibarət olmaqla zaman oxunun bir hissəsidir. Müəyyən fərziyyələrə görə, indiki vaxt cari günlərə, aylara və hətta illərə də aiddir. Bu mənada indiki zaman keçmişə (artıq baş vermiş bir çox hadisələr) və gələcəyə (hələ baş verməmiş bir çox hadisələr) qarşı durur və onların arasında yerləşir.
Məkan-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Zaman Mirzəzadə
Zaman Arzuman oğlu Mirzəzadə (8 fevral 1995, Lənkəran) — müdafiə mövqeyində çıxış edən Azərbaycan futbolçusu, mövqe müdafiəçisi. Mirzəzadə uşaq yaşlarından "Xəzər Lənkəran" FK-da çıxış etmişdir. O, 2015-ci ildə əsas komandaya keçmiş, klub ləğv olunana qədər klubda çıxış etmişdir. Zaman Arzuman oğlu Mirzəzadə 8 fevral 1995-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olmuşdur. Zaman Mirzəzadə "Xəzər Lənkəran" FK-nın yetirməsidir. O, 12 yaşında uşaq yaş kateqoriyasında karyerasına başlamışdır. Mirzəzadə "Xəzər Lənkəran"ın 17 yaşadək komandasında çıxış etmiş, 2012-ci ildə klubun gənclər komandasına keçid etmişdir. O, 2014-cü ildən əsas komandada çıxış etməyə başlamışdır. Bundan başqa, Mirzəzadə həm də ehtiyat komanda üçün çıxış etmişdir. O, Topaz Premyer Liqasının 2014/2015 mövsümündə, 2 may 2015-ci il tarixində klubun əsas heyətində eyni liqada çıxış edən "Bakı" FK ilə səfər oyununda debüt etmişdir.
Zaman Azərbaycan
Zaman-Azərbaycan - "Zaman-Azər MMC"-nin təsis etdiyi qəzetdir. "Zaman-Azərbaycan" qəzeti ilk dəfə 1991-ci ilin may ayının 24-də çap olunmuşdur. "Zaman-Azərbaycan"ın ilk nəşrləri İstanbulda çap olunaraq, təyyarə ilə Bakıya gətirilmişdir. O zamanlar Azərbaycan hələ müstəqilliyini bərpa etməmişdi. Sovet İttifaqı dağıldıqdan sonra, Azərbaycan müstəqilliyini elan edən kimi "Zaman-Azərbaycan" qəzeti ölkədə ilk xarici qurum kimi qeydiyyatdan keçmişdir. Bundan sonra "Zaman-Azərbaycan" tamamilə Azərbaycanda hazırlanmış və Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Müstəqilliyin ilk illərində yalnız köhnə mətbəələr var idi. Ona görə də, rəngli kağız və dünya standartlarına uyğun çap imkanı yox idi. Bu problemi həll etmək üçün "Zaman-Azərbaycan" ilk dəfə ölkəyə rəngli mətbəə gətirmişdir. Bu, Azərbaycan tarixi üçün ilk rəngli mətbəə idi.
Zaman polisi
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Zaman cinayətləri
Zaman cinayətləri (isp. Los cronocrímenes) — Naço Viqalondonun öz yazdığı ssenari əsasında çəkdiyi ispan elmi fantastika filmidir. Rejissor filmdəki rollardan birində də çəkilmişdir. Filmin baş qəhrəmanı üç dəfə eyni günü yaşayır və özünü düşdüyü zaman dövriyyəsindən xilas etməyə çalışır.